12 C
Baku
Friday, March 29, 2024

ABŞ vətəndaşlarını təcili olaraq Rusiyanı tərk etməyə çağırıb – Yenilənib

ABŞ-ın Moskvadakı səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını təcili olaraq Rusiya ərazisini tərk etməyə çağırıb.

Məlumatı diplomatik nümayəndəlik yayıb.

***

Səfirlik Rusiya tərəfinin ABŞ vətəndaşları üçün ikili vətəndaşlığı tanımaqdan imtina edə, belə şəxslərin Amerika konsulluğunun yardımına çıxışını, Rusiyanı tərk etmələrini qadağan edə və hərbi xidmətə çağırıla biləcəyindən narahatlığını ifadə edib.

Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin məlumatında qeyd olunub.

Məlumatda o da bildirilib ki, hazırda kommersiya uçuşlarının sayı son dərəcə məhduddur və çox vaxt səfərdən əvvəl qısa müddətdə bilet almaq mümkün olmur: “Minik avtomobili və ya avtobusla ölkəni tərk etmək üçün quru marşrutları hələ də açıqdır. Əgər Rusiyanı tərk etmək istəyirsinizsə, mümkün qədər tez özünüz bunu həll etməlisiniz”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər