22 C
Baku
Thursday, April 18, 2024

ABŞ valyuta ilə manipulyasiya edən ticarət tərəfdaşlarını cəzalandıracaq

ABŞ dollara nisbətdə milli valyutanın dəyərini qəsdən aşağı düşürən ölkələrə qarşı əlavə rüsumlar tətbiq etməyə başlaya bilər.

Report Agentliyi CNBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Uilbur Ross bildirib.

ABŞ hökuməti belə tədbirin xarici tərəfdaşlara ABŞ-ın xoşməramlı olmayan ticarətlə vurulan iqtisadi ziyanı bərpa etmək üçün yol tapa biləcəyini nümayiş etdirməyə imkan verəcəyini hesab edir.

“Xarici dövlətlər artıq pul siyasəti ilə amerikalı işçilərə və müəssisələrə zərər vura bilməyəcəklər”, – U.Ross deyib.

Nazirlikdən həmçinin əlavə ediblər ki, milli valyutanın məzənnəsi ilə manipulyasiya edən ölkələrin müəyyənləşdirilməsi üzrə meyarlar hazırlayacaqlar.

Son xəbərlər
Digər xəbərlər