ABŞ Venesuela neftinin yarısını alır

Venesuelada istehsal olunan bütün neftin təxminən yarısı ABŞ-yə ixrac olunur.

“Reuters”ə istinadən məlumata görə, bunu ABŞ-nin energetika nazirinin müavini Kayl Haustvayt deyib.

“Son bir neçə ay ərzində Venesuelanın ümumi istehsalının təxminən yarısı – 500 000 bareldən çox neftin ABŞ-yə bu tip nefti emal etmək üçün xüsusi inşa olunmuş emal zavodlarına göndərildiyini müşahidə etdik”, – o, Texas ştatının Hyuston şəhərində çıxışında bildirib.

Onun sözlərinə görə, Venesuelanın gündəlik neft hasilatı təxminən 1,25 milyon bareldir.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər