5 C
Baku
Thursday, January 8, 2026

ABŞ Venesueladan Rusiya, Çin və İranla əlaqələri kəsməyi tələb edib

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesueladan Çin, Rusiya, İran və Kuba ilə bütün iqtisadi əlaqələri tamamilə dayandırmağı, həmçinin ağır neftin satışında Amerika şirkətlərinə üstünlük verilməklə ABŞ ilə eksklüziv tərəfdaşlığa razılıq verməyi tələb edib. Bu barədə mənbələrə istinadən “ABC News” xəbər verir.

ABŞ senatoru Rocer Uikerin sözlərinə görə, Vaşinqtonun planı hazırda tam doldurulmuş vəziyyətdə olan Venesuelaya məxsus neft tankerələrinin nəzarət altına alınmasına əsaslanır. O qeyd edib ki, əgər neft ixracı bərpa olunmasa, Karakasın maliyyə kollapsına qədər cəmi bir neçə həftəsi qalıb.

“Söhbət yerində qoşunların yerləşdirilməsindən getmir. Bu, sadəcə olaraq planlarımıza daxil deyil”, — deyə o bildirib. Onun sözlərinə görə, strategiya dəniz blokadasını və iqtisadi təzyiqi nəzərdə tutur.

Prezident Tramp artıq bəyan edib ki, Venesuelanın müvəqqəti hakimiyyəti satış üçün ABŞ-yə 30–50 milyon barel neft verəcək və əldə olunan vəsait Vaşinqtonun nəzarəti altında, “Venesuela və ABŞ xalqlarının rifahı naminə” saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər