24 C
Baku
Tuesday, October 1, 2024

ABŞ Venesuelanı “qara siyahı” ya alıb

ABŞ Venesuelanı “qara siyahı” ya alıb – Venesuela Amerikanın milli təhlükəsizliyinə təhlükə yarada biləcək ölkələr siyahısına əlavə edilib. Bu haqda ABŞ-ın Ticarət Nazirliyi xəbər verib.

Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun qərarına əsasən, ixracın idarə edilməsi qaydalarına müvafiq dəyişikliklər edilir: Venesuela “milli ixrac təhlükəsizliyi baxımından” nəzarət edilən “ixrac mallarının müəyyən növləri” üçün əlverişli rejimdən istifadə edən ölkələr qrupundan çıxarılır. Bunun əvəzinə, “milli təhlükəsizliyə dair narahatlıqlara” səbəb olan ölkələr qrupuna keçirilir.

“Bu qərar ABŞ-ın milli təhlükəsizlik məsələsi ilə bağlı olan mövcud narahatlıqları əks etdirir, məsələn, xarici qoşunların, personalın və avadanlıqların  Venesuela ərazisinə daxil edilməsi, ölkənin milli təhlükəsizlik sisteminin təkminləşdirilməsinə yönəlir”, – ABŞ-ın Federal registrində dərc olunan sənəddə deyilir.

Daha əvvəl ABŞ rəsmiləri Venesuelada Rusiyanın və Kuba ordusunun mövcudluğundan narazılığını ifadə edərək, ölkədəki vəziyyətə müdaxilə etməkdə günahlandırıblar.

Bundan əlavə, Ticarət Nazirliyi Venesuelanı ABŞ-ın nüvə, kimyəvi və bioloji silahlar, eləcə də raket texnologiyası baxımından narahat olduğu ölkələrə sırasına əlavə edib.

 

Son xəbərlər
Digər xəbərlər