ABŞ Venesuelanın müvəqqəti prezidentinə qarşı sanksiyaları ləğv edib

ABŞ Maliyyə Nazirliyi Venesuelanın müvəqqəti prezidenti, keçmiş vitse-prezident Delsi Rodrigesə qarşı tətbiq olunan sanksiyaların ləğv edildiyini elan edib. Qərarın detalları açıqlanmayıb.

“Reuters”in məlumatına görə, xanım Rodriges ona qarşı sanksiyaların ləğvini Venesuela ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirib.

Yanvarın əvvəlində Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının ABŞ-yə aparılmasından sonra prezident səlahiyyətlərini icra edən şəxs Delsi Rodriges olub. O, Karakasın Vaşinqtonla əməkdaşlığa hazır olduğunu bildirib. ABŞ prezidenti Donald Tramp qeyd edib ki, Venesuelanın yeni hakimiyyəti ABŞ-yə 50 milyon barrelədək neft ötürməyi öhdəsinə götürüb. Fevralın sonunda isə Amerika prezidenti ölkənin artıq Venesueladan 80 milyon barrel neft aldığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər