5 C
Baku
Thursday, January 8, 2026

ABŞ Venesuelanın neft sektoruna müddətsiz nəzarəti saxlayacaq

ABŞ energetika naziri Kris Rayt bəyan edib ki, Vaşinqton Venesuela neft sənayesinə, o cümlədən neft ixracına, müddətsiz olaraq nəzarəti saxlayamaq niyyətindədir.

Rayt bunu Mayamidə keçirilən “Goldman Sachs” enerji konfransında deyib.

“Gələcəkdə Venesueladan daxil olan məhsulu bazara çıxaracağıq”, – Rayt vurğulayıb.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela rəhbərliyi, həmçinin Bolivar Respublikasında fəaliyyət göstərmiş Amerika neft nəhəngləri ilə fəal dialoq aparır.

Nazir ekspertlərin proqnozlarını təsdiqləyərək bildirib ki, Venesuela gündə bir neçə yüz min barrel neft hasilatını sürətlə artıra bilər. Lakin mövcud 1 milyon b/s səviyyəsindən yuxarı ciddi artım, hətta beynəlxalq neft şirkətləri ölkəyə daha çox sərmayə yatırmağa hazır olsalar belə, daha çox vaxt tələb edəcək.

“Tarixi hasilat göstəricilərinə qayıtmaq üçün on milyardlarla dollar və xeyli vaxt lazımdır… Amma niyə də olmasın?” – o əlavə edib.

NYT-nin mənbələrinin məlumatına görə, bir sıra ən böyük Qərb neft şirkətlərinin rəhbərləri bu məsələni müzakirə etmək üçün cümə günü Ağ Evdə Tramp ilə görüşə ümid edirlər.

Bundan əvvəl Vaşinqton administrasiyasının rəhbəri Venesuela neftinin satışından əldə olunan gəlirlərə şəxsən nəzarət edəcəyini açıqlamışdı.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər