24 C
Baku
Sunday, July 14, 2024

ABŞ Venesuelaya qarşı sanksiyaları bərpa etmək istəyir

ABŞ Venesuelanın enerji sektoruna qarşı sanksiyaları bərpa etmək niyyətindədir.

“Bloomberg” xəbər verir ki, buna Venesuela Ali Məhkəməsinin sağ müxalifətin lideri Mariya Korina Maçadonun qarşıdan gələn prezident seçkilərində iştirakını yasaqlayan qərarı səbəb olub.

Agentliyin məlumatına görə, ABŞ hökuməti Maçadonun builki prezident seçkilərində iştirakına icazə verilməyəcəyi təqdirdə, Karakasa qarşı ilkin olaraq aprel ayına nəzərdə tutulmuş sanksiyaların müvəqqəti dayandırılmasını ləğv etməyi planlaşdırır.

Bundan başqa, Bayden administrasiyası Venesuelaya qarşı əlavə tədbirlər görməyi düşünür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər