ABŞ-ın Maliyyə Nazirliyi Venesuelaya qarşı sanksiya siyahısını genişləndirib.
Bu barədə Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Yeni sanksiya siyahısında iki nəfərin – Venesuela və Argentina vətəndaşlarının, eləcə də Venesuelada biometrik məlumatlarla əlaqəli təşkilatın adı var. Onların ABŞ-la bağlı fəaliyyəti məhdudlaşdırılıb.