ABŞ xarici avtomobillərə təxminən 25% rüsum tətbiq etmək niyyətindədir, oxşar tariflər dərman vasitələrinə də tətbiq ediləcək. “Yəqin ki, bu barədə aprelin 2-də açıqlama verəcəm, amma tariflər 25% civarında olacaq”, – deyə Tramp bildirib.
Trampa həmçinin əczaçılıq məhsullarına mümkün tariflər barədə sual verilib. “25% və daha yüksək. Onlar il ərzində çox əhəmiyyətli dərəcədə artacaqlar”, – deyə prezident cavab verib.
Daha əvvəl “Financial Times” qəzeti analitiklərə istinadən yazıb ki, qlobal avtomobil istehsalçıları Trampın tətbiq etdiyi tariflər səbəbindən tədarük zəncirində mümkün iflaslardan narahatdırlar.
Xüsusilə, ekspertlər cavab tariflərinin tətbiqi səbəbindən avtomobil hissələrinin zəif təchizatçılarının müflis ola biləcəyini hesab edirlər.
Yanvarın 31-də Amerika lideri bəyan edib ki, ABŞ ölkəyə çiplər və əlaqəli məhsulların, eləcə də neft, qaz, polad, alüminium və misin tədarükünə tariflər tətbiq etmək niyyətindədir.