ABŞ Maliyyə Nazirliyi Yəmən Beynəlxalq Bankını (International Bank of Yemen – IBY) sanksiyalar siyahısına əlavə edib.
Bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında deyilir.
Bundan başqa, Yəmən bankı ilə bağlantılı olan daha üç fiziki şəxs də ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına salınıb.
OFAC-ın lisenziyasına əsasən, IBY ilə və onun 50 faiz və daha çox kapitala birbaşa və ya dolaysıyla malik olduğu strukturlarla bütün əməliyyatlar 2025-ci il mayın 17-dək dayandırılmalıdır.