ABŞ Yaponiya və Aİ-dən idxal edilən avtomobillərdən vergi tutmaq qərarını təxirə salıb

Ağ Evdən verilən açıqlamada bildirlir ki, ABŞ Yaponiyadan və Avropa İttifaqından (Aİ) ölkəyə idxal edilən avtomobillər və ehtiyat hissələr üçün gömrük vergisi tətbiq etmək qərarını ən azı altı aylığa təxirə salıb.

Bu qərarla hökumətin Aİ və Yaponiya ilə ticarət məsələlərinə dair danışıqlar aparmaq üçün daha çox vaxt qazanmaq məqsədi güddüyü bildirilir. Açıqlamada qeyd edilib ki, qərar verilərkən Prezident D.Trampın ölkəyə idxal edilən avtomobillərin və ehtiyat hissələrin ABŞ-ın milli təhlükəsizliyinə xələl gətirdiyi barədə mülahizəsi diqqətə alınıb. Tramp ABŞ-ın ticarət təmsilçisi Robert Laythayzerə qarşıdakı altı ay müddətində təkliflər hazırlamaq barədə tapşırıq verib.

©Vergilər


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları