9 C
Baku
Tuesday, December 3, 2024

ABŞ, Yaponiya və Cənubi Koreya liderləri görüşə bilər

ABŞ, Yaponiya və Cənubi Koreya liderləri Xirosimada görüşməyi planlaşdırır.

Bu barədə Yaponiyanın “Jiji Press” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə üçtərəfli əməkdaşlıq, eləcə də regional məsələlər müzakirə ediləcək.

Şimali Koreyanın nüvə raket proqramı və Tayvan ətrafındakı vəziyyət də müzakirə mövzuları sırasında olacaq.

Görüşdə Yaponiya Baş naziri, ABŞ və Cənubi Koreya Prezidentləri iştirak edəcək.

Üç ölkə lideri bu formatda sonuncu dəfə ötən ilin noyabrında Kambocada görüşüb.

Qeyd edək ki, Yaponiya bu il “Böyük Yeddilər” (G7) qrupuna sədrlik edir və 19-21 may tarixlərində Xirosimada G7 sammiti keçiriləcək. Hindistan, İndoneziya, Avstraliya, Cənubi Koreya, Kuk adaları, Komor adaları, Braziliya və Vyetnam liderləri də tədbirə dəvət edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər