2 C
Baku
Saturday, December 14, 2024

ABŞ, Yaponiya və Cənubi Koreya təcili yardım fondu yaradacaq

ABŞ prezidenti Co Bayden, Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya lideri Yun Suk Yol avqustun 18-də keçiriləcək görüşdə üçtərəfli təcili yardım fondu yaratmağa hazırlaşırlar.

Bu barədə Reuters ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

 

Bu fond böhran vəziyyətlərində istifadə olunacaq.

“Bizi təhlükəsizlik mövzusunda bir-birimizə yaxınlaşdıracaq addımlar gözləyirik” deyən ABŞ rəsmisi agentliyə bildirib ki, tam hüquqlu üçtərəfli təhlükəsizlik sistemi haqqında danışmaq hələ tezdir:

“Buna baxmayaraq, biz müəyyən addımlar atırıq, çünki hər bir ölkə regional təhlükəsizlik sahəsində öz öhdəliklərini dərk edir və biz əməkdaşlığın yeni sahələrini, texnologiyaları təşviq edirik”.

Sammitin bəyanatında Pekin, eləcə də Tayvanla əlaqələrə dair maddələrin yer alacağı gözlənilir. Üç ölkənin liderləri Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyini qeyd edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər