ABŞ-ın yeni rüsum qaydası Çinə 30 milyard dollar zərərə başa gələcək

ABŞ Çin istehsalı olan mallarına idxal rüsumu tətbiq etməyi planlaşdırır.

“Politico”ya istinadən xəbərə görə, rüsumların tətbiq ediləcəyi təqdirdə Çin ildə 30 milyard dollaradək zərər çəkəcək.

Nəşr qeyd edir ki, yeni rüsumların tətbiqi amerikalı istehsalçıların intellektual hüquqlarını pozan Çinə cavab tədbiri hesab edilə bilər.

Məlumata görə, təklifin təşəbbüskarı ABŞ-ın ticarət nümayəndəsi Robert Laytxayzer olub.