8 C
Baku
Thursday, December 12, 2024

ABŞ yenidən ÜST-lə əlaqələri bərpa edir

ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətləri bərpa edir.

RİA Novostin verdiyi xəbərə görə, ABŞ Prezidenti Co Bayden cümə axşamı ölkəsinin ÜST-lə əlaqələrin bərpasını nəzərdə tutan fərman imzalayıb.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp keçən ilin iyul ayının əvvəlində ölkənin ÜST-dən çıxması ilə bağlı Konqresə rəsmi bildiriş göndərmişdi.

Çıxış prosesi 2021-ci ilin iyulunda başa çatmalı idi. Daha əvvəl Tramp ÜST-ü tələb olunan islahatları həyata keçirməməkdə günahlandıraraq təşkilata maliyyə ayrılmasına son verdiyini bildirmişdi. O, həmçinin, ÜST-ü koronavirus epidemiyasının miqyasını Çinin maraqları çərçivəsində gizlətməkdə günahlandırmışdı.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər