26 C
Baku
Saturday, July 5, 2025

ABŞ yoxsul ölkələrə 500 milyon doza peyvənd bağışlayacaq

“Washington Post” qəzetinin verdiyi məlumata görə, ABŞ yoxsul və inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün “Pfizer” şirkətindən əlavə 500 milyon doza peyvənd alacaq.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Bildirildiyi kimi, Amerika lideri qərarını bu həftə İngiltərədə keçiriləcək G7 sammitində açıqlayacaq.

Xatırladaq ki, daha əvvəl Bayden jurnalistlərə ABŞ-ın dünyaya öz peyvənd strategiyasını açıqlayacağını söyləyib. İyunun 11-dən 13-dək keçiriləcək sammitdən sonra Ağ Evin sahibinin NATO görüşü üçün Belçikanın paytaxtına uçacağı planlaşdırılır.

Sonra Brüsseldə ABŞ-AB görüşü keçiriləcək. Baydenin turu 16 iyun Cenevrədə Rusiya prezidenti Vladimir Putin ilə ikitərəfli görüşlə başa çatacaq.

Son xəbərlər
Digər xəbərlər