7 C
Baku
Thursday, December 12, 2024

“ABŞ Yunanıstandakı hərbi bazasını genişləndirəcək”

ABŞ Yunanıstanın Larisa şəhəri yaxınlığındakı hərbi bazasını Avropa-Afrika Hərbi Hava Qüvvələrinin Baş Qərargahına çevirərək genişləndirəcək.

Bu barədə Yunanıstanın “To Vima” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın bu ölkədəki bazasını qitələrarası hərbi qərargaha çevriləcək.

Qeyd edilib ki, bununla Cozef Bayden administrasiyası Balkan yarımadasından Yaxın Şərq regiona qədər geniş ərazilərə nəzarət etmək istəyir.

Odur ki, ABŞ pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyi Larisa yaxınlığındakı hərbi bazada ötən ilin noyabrından bəri tikinti işləri aparılır. Gələcəkdə buraya döyüş təyyarələrinin də yerləşdiriləcəyi iddia olunur.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi bu baza üçün 33 milyard dollar xərcləyib. Burada 8 PUA yığılıb.

Son xəbərlər
Digər xəbərlər