7 C
Baku
Wednesday, November 30, 2022

ABŞ Zelenski, Ərdoğan və Quterreşin danışıqlar aparmaq qərarını alqışlayıb

ABŞ Ukrayna və Türkiyə Prezidentləri Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin avqustun 18-i Lvovda danışıqlar aparmaq qərarını alqışlayıb.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays jurnalistlər üçün brifinqdə deyib.

“Təbii ki, baş katib, prezident V.Zelenski və prezident R.T.Ərdoğanın müzakirə edə biləcəyi bir sıra mühüm məsələlər var. Görüşün məhz Lvovda keçirilməsi onu deməyə əsas verir ki, əsas diqqət ərzaq təhlükəsizliyinə və Türkiyənin Ukraynanın Qara dəniz limanlarından taxılın sərbəst ixracına və ya daha çox sərbəst ixracına şərait yaratmaq üçün göstərdiyi səylərə yönələcək. Biz Türkiyənin səylərini, BMT baş katibinin səylərini, Ukraynanın gəmilərin Qara dəniz limanlarını tərk etməsini təmin etməyə yönəlmiş səylərini yüksək qiymətləndiririk”, – deyə N.Prays bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X