26 C
Baku
Thursday, July 18, 2024

Abşeron dairəvi dəmir yolu xətti Novruz bayramına qədər istifadəyə verməyi planlaşdırır

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xəttinin bir hissəsi olan Fatmayi, Goradil və Novxanı stansiyalarını Novruz bayramına qədər istifadəyə verməyi planlaşdırır.

Bu barədə jurnalistlərə açıqlamasında qurumun sədr müavini Zaman Novruzov bildirib.

Onun sözlərinə görə, bu stansiyalar istifadəyə verildikdən sonra ümumi uzunluğu 91 km olan Abşeron dairəvi dəmir yolu xətti tam fəaliyyət göstərəcək.

©Report

Son xəbərlər
Digər xəbərlər