“Abşeron Lizinq” QSC adlı şirkət yaradıldı

Bakıda daha bir lizinq şirkəti – “Abşeron Lizinq” Qapalı Səhmdar Cəmiyyəti təsis edilib.

Banker.az xəbər verir ki, 3 iyun 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınan lizinq şirkətinin 2 000 manat nizamnamə kapitalı var.

Şirkətə Ağasadıq Sadıqov Elçin oğlu rəhbərlik edəcək.

“Abşeron Lizinq”,  Bakı şəhəri Xətai rayonu, Babək Pr., ev 282 ünvanında dövlət qeydiyyatına alınıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.