“Abşeron Logistika” illik 6 mln. manat üzərində xalis mənfəət əldə edib

“Abşeron Logistika” MMC son açıqlamasında ili 6.11 mln. manat xalis mənfəətlə başa vurub. Banker.az xəbər verir ki, 2024-cü ilin audit hesabatında qeyd edilir. Bu, 2023-cü illə müqayisədə 39% çoxdur.

Logistika şirkətinin bölüşdürülməmiş mənfəəti isə il ərzində 75.8% artaraq 16.16 mln. manata çatıb.

Logistika şirkətinin cəmi gəlirləri 2024-cü ildə 65.12 mln. manat olub ki, bu da illik müqayisədə 20.5% artım deməkdir. Əsas fəaliyyət gəlirləri olan işlərin görülməsi və xidmətlərin göstərilməsindən daxilolmalar 17.5% artaraq 61.12 mln. manata yüksəlib. Eyni dövrdə cəmi əməliyyat xərcləri 18.4% artaraq 57.57 mln. manata çatıb. Nəticədə gəlirlərin artım tempi xərclərin artım tempini üstələyib və vergidən əvvəl mənfəət 39.3% artaraq 7.55 mln. manat olub.

2024-cü ilin sonuna “Abşeron Logistika”nın cəmi aktivləri 16.3% artaraq 37.26 mln. manata yüksəlib. Aktivlərin strukturunda ən böyük payı 29.37 mln. manatla əsas vəsaitlər təşkil edib. Ticarət və digər debitor borcları 4.01 mln. manat olub və cəmi aktivlərin təxminən 10.8%-ni formalaşdırıb. Pul vəsaitləri və onların ekvivalentləri isə 70.8% artaraq 3.5 mln. manata çatıb.

Logistika şirkətinin cəmi öhdəlikləri il ərzində 7.6% azalaraq 21.10 mln. manata enib. Buna qarşılıq cəmi kapital 75.8% artaraq 16.16 mln. manata yüksəlib. Nizamnamə kapitalı dəyişməyərək 500 manat səviyyəsində qalıb. Hesabat dövründə dividend gəlirləri 2.84 mln. manat təşkil edib, 2023-cü ildə bu göstərici 1.80 mln. manat olub ki, bu da 58.0% artıma bərabərdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər