14 C
Baku
Sunday, November 24, 2024

“Abşeron Marina”, “Aqua Park”da nöqsanlar aşkarlandı

14 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 5 ticarət müəssisəsi, 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az xəbər verir ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilmişdir.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Abşeron Marina” restoranı Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi,

ev 272

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
2 “Karma” restoranı Bakı şəhəri, Binəqədi rayonu, bağ massivi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3 “Aqua Park” istirahət mərkəzində restoran Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4 “Star” hotelində restoran Şamaxı rayonu, Çuxuryurd kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
5 “Slava” restoranı Şamaxı rayonu, Çuxuryurd kəndi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
6 “Yarpızlı” restoranı Şamaxı rayonu, Çuxuryurd kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Son xəbərlər
Digər xəbərlər