9 C
Baku
Sunday, November 17, 2024

Abşeron Rayon Mərkəzi Xəstəxanasında qanun pozuntuları aşkar edilib

Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 2017-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayına qədərki maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən yoxlama zamanı isə işçilərə fasiləsiz əmək stajına görə vəzifə maaşının 30 faizi əvəzinə 40 faizi məbləğində əlavə haqq kimi, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan bəzi qeyri-tibb işçilərinə isə aylıq vəzifə maaşının 3 misli əvəzinə 5 misli məbləğində müddətli əlavə ödənildiyi aşkar edilib.

Banker.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, həmçinin, normadan artıq ərzaq məhsullarının istifadəsinin rəsmiləşdirildiyi, menyu-tələbnamələrdə xəstələrin saylarının artırılması hesabına ərzaq məhsullarının qanunsuz uçotdan silindiyi, eləcədə, təbii qaz xərcinin artıq ödənildiyi müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər