32 C
Baku
Tuesday, July 23, 2024

Abşeron Rayon Xəstəxanasının direktoru: İcbari tibbi sığortadan sonra cibdən ödənişlər 80 faiz azalıb

Bu gün Azərbaycan səhiyyəsində ciddi islahatlar gedir. Amma xüsusilə vurğulamaq istərdim ki, ölkədə icbari tibbi sığortanın tətbiqinə qədər səhiyyə sahəsində çox ciddi problemlər mövcud idi. Məsələn, əvvəlki səhiyyə idarəçilik sisteminin bir sıra çatışmayan tərəfləri var idi və bu da ölkə vətəndaşlarının həm tibbi xidmətə əlçatanlığı, həm də keyfiyyətli tibbi xidmət almalarında çox ciddi maneələr yaradırdı. İcbari tibbi sığortanın tətbiqi vətəndaşların daha yaxşı, əlçatan, keyfiyyətli, ədalətli və geniş çeşidli tibbi xidmət almalarına gətirib çıxardı.

Bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Azər İsmayılov danışıb.

1107cb3a fe69 392c 82cb 379cc3e9cf0c

O, bildirib ki, İcbari tibbi sığortanın tətbiqindən sonra cibdən ödənişlər 70-80 faiz azalıb. Əgər pasiyentlərdən pul tələb etmə halı baş verərsə, təbii ki, hüquqi müstəvidə bununla bağlı ciddi tədbirlər görürük və gördüyümüz tədbirlər də var. Həmçinin işdən kənarlaşdırdığımız tibb işçiləri də olub. Hüquq-mühafizə orqanlarına müraciət halları da var.

 

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər