“Azərişıq” ASC “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azərişıq” ASC-nin paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması, gərginlik düşkülərinin aradan qaldırılması məqsədilə Abşeron, Sabunçu və Nizami rayonları ərazisində yerləşən elektrik veriliş xətlərində və qurğularında yenidənqurma işlərinin aparılması, yeni güc mərkəzlərinin yaradılması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 5 867 271 manatdır.