8 C
Baku
Sunday, November 17, 2024

“Abşeron vadisi” innovasiya klasteri yaradılacaq

Yaxın 5 ildə Azərbaycanda “Abşeron vadisi” innovasiya klasteri yaradılacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.

Strategiyaya əsasən, ölkədə innovasiya gündəliyi formalaşdırılacaq və dövlət tərəfindən təşviq ediləcəkdir: “İqtisadiyyatın prioritet sahələrində innovasiyalar tətbiq ediləcək. Nəticədə, “Abşeron vadisi” çərçivəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin sayı ilbəil artacaq”.

“Abşeron vadisi”ndə fəaliyyət göstərəcək 100 startapdan 5 milyon ABŞ dolları, 150 startapdan 7 milyon ABŞ dolları, 300 startapdan isə 13 milyon ABŞ dolları maliyyələşmənin cəlb edilməsi planlaşdırırılır.

Son xəbərlər
Digər xəbərlər