3 C
Baku
Thursday, February 27, 2025

Abşeron yarımadasında yeni sub mərkəzlər yaradılacaq

Yeni baş plana əsasən Abşeron yarımadasında yeni sub mərkəzlər yaradılacaq.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Bakıda keçirilən Beynəlxalq Developerlər Sammitində bildirib.

Onun sözlərinə görə, Bakı regionun bir çox şəhərləri kimi mərkəzdən, yəni qala kompleksindən böyüməyə və genişlənməyə başlayıb: “Paytaxt bu günə kimi mono mərkəzləşmədən əziyyət çəkir. Yeni baş plana görə Abşeron yarımadasında bir neçə çoxfunksional özəyin mövcudluğu planlaşdırılır. Məqsəd yaşayış yerindən asılı olmayaq hər kəsə bərabər şərait yaratmaqdır. Yəni, insanlar öz yaşayış arealı daxilində 15 dəqiqədə bütün xidmətləri əldə edə bilsinlər. Müxtəlif sub mərkəzlər arasında yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur. Onlardan biri – çox böyük olanı artıq şəhər daxilində yaradılır – “Gənclik” metrostansiyasından Port Bakıya qədər uzanacaq. Bu, bir neçə ildən sonra yaradılacaq kifayət qədər böyük dəhlizdir. Dəhliz ekoloji cəhətdən təmiz səyahət üsulları, vaxt keçirmək və s. imkanlar yaradacaq. Eyni yaşıl dəhlizlər şəhərin mərkəzi hissəsindən kənarda da yaradılacaq. Onlar mərkəzi zonadan kənardakı şəhər sub mərkəzlərini birləşdirəcəklər”.

Bakının yeni inkişaf planının ekoloji aspektlərinə toxunan R. Qasımov şəhərin mərkəzi hissəsində yerləşən dörd gölün təmizlənməsinin, eyni zamanda rekreasiya zonasının, sahil xəttinin, dənizkənarı xəttin və s. transformasiyalarının nəzərdə tutulduğu diqqətə çatdırıb: “Bu, xüsusi şərtlərdən asılı olaraq bu ərazilərin həm yaşayış, həm də lazım olduqda rekreasiyanın inkişafı üçün hazır olması ilə nəticələnəcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər