“Abşeron” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə son investisiya qərarı bu ilin axırına qədər qəbul edilə bilər.
Bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan “Stereotipləri qıraraq: Enerji həllərinin formalaşdırılması” paneli çərçivəsində jurnalistlərə bildirib.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz ötən ilin iyul ayının əvvəlində hasil edilib.
Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatın 1.5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır.
“Biz çalışırıq ki, bu ilin axırına kimi buna nail olaq”, – Babək Hüseynov qeyd edib.