Abşeron rayonunda səs-küylü həbslər olub.
Banker.az Musavat.com-a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.
Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.
Əlavə məlumat verməyə çalışacağıq.
***
Baş Prokurorluqdan bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.