Abşeron yarımadasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə yeni müqavilə bağlanıb.
Banker.az xəbər verir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi Abşeron yarımadasında dəniz suyunun əks osmos üsulu ilə duzsuzlaşdırılması zavodunun tikintisi layihəsi çərçivəsində növbəti müqavilə bağlayıb.
Məlumata görə, layihə üzrə işlər İsrailin su təsərrüfatı sahəsində ixtisaslaşmış “Mekorot Water Company” LTD şirkətinə həvalə olunub. Müqavilənin ümumi dəyəri 1 070 050,04 manat təşkil edir.
Abşeron yarımadasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə hüquqi məsləhət alınıb.
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi Abşeron yarımadasında dəniz suyunun əks osmos üsulu ilə duzsuzlaşdırılması zavodunun tikintisi layihəsi çərçivəsində hüquqi məsləhət xidməti alıb.
Məlumata görə, hüquqi məsləhət xidmətləri “Dentons Europe (Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən göstəriləcək. Xidmət üzrə bağlanmış müqavilənin dəyəri 295 519 manat təşkil edir.







