18 C
Baku
Tuesday, April 23, 2024

Abşeronda neft və qazla çirklənmiş ərazilər təmizlənəcək

Abşeron rayonunda neft və qazla çirklənmiş ərazilər təmizlənəcək.

Layihənin rəhbəri Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi üzrə magistratı Hüsniyyə Necatidir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən maliyyələşdiriləcək qrant H.Necatinin “Abşeronda neft və qazla çirklənmiş ərazilərin təmizlənməsi” layihəsinə ayrılıb. O, elm sahəsində Avropanın ən qabaqcıl proqramlardan biri olan “Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramını qazanıb.

AzMİU-nun Ekologiya kafedrasının baş müəllimi Fərhad Əliyevin elmi rəhbərliyi ilə hazırlanan layihədə Abşeron yarımadasının neft və qazla çirklənmiş ərazilərinin təmizlənərək ekoloji tarazlığının təmin olunması nəzərdə tutulub.

“Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramı Hüsniyyə Necatiyə bir il müddətində Avropanın, xüsusilə Almaniyanın mövzu ilə əlaqədar ən qabaqcıl universitet və elmi tədqiqat insitutlarında təcrübələr aparmağa imkan verəcək.

Qeyd edək ki, əslən Cənubi Azərbaycandan olan tələbə Hüsniyyə Necati həm də Radiasiya Problemləri İnstitutunda çalışır.

Xatırladaq ki, “Mariya Küri” proqramı Avropa İttifaqı ölkələri tərəfindən maliyyələşdirilən və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafını təmin edən proqramdır. Bu proqram radioaktivlik sahəsində əldə etdiyi uğurlarla şöhrət qazanan, ilk və iki dəfə Nobel mükafatı laureatına layiq görülmüş kimyaçı-fizik Mariya Skladovskaya-Kürinin adı ilə adlandırılıb.

Mariya Küri magistrat və doktorantlar üçün əsas proqramlardan biri olub, təqribən 25000 magistrat və doktorantı maliyyələşdirən və karyerasının hər hansı bir mərhələsində olan alimlər üçün qrantlar təqdim edən proqramdır. Alimlər bu proqram vasitəsilə xarici ölkədə təcrübə qazanır, təlim və karyeralarında daha böyük irəliləyiş imkanı əldə edirlər.

Proqramı qazanan şəxsin xaricdəki yaşayış xərcləri, o cümlədən, mübadilə proqramı çərçivəsində təhsil alması üçün universitet xərcləri bu proqram tərəfindən maliyyələşdirilir. Təqaüdün məbləği müraciət edilən universitetdən və fəaliyyət növündən asılı olaraq dəyişir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər