4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Abşeronda şadlıq evinin rəhbəri həbs edilib

Abşeronda şadlıq evinin rəhbəri karantin qaydalarını pozduğu üçün inzibati qaydada həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Aşağı Güzdək qəsəbəsində yerləşən “Alyans” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 150 nəfərdən artıq şəxsin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub.

Tədbir nəticəsində şadlıq evini icarə əsasında işlədən Rufan Qasımov Abşeron Rayon Polsi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində inzibati protokol tərtib edilib və məhkəmənin qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər