8 C
Baku
Sunday, December 28, 2025

Abu-Dabi İnkişaf Fondu Sudanın Mərkəzi Bankına $250 mln. yatıracaq

Bazar günü Abu-Dabi İnkişaf Fondu (Abu Dhabi Fund for Development), Sudanın Mərkəzi Bankı ilə likvidliyi yaxşılaşdırmaq və ölkənin maliyyə vəziyyətini gücləndirmək məqsədilə 250 milyon dollar yatırım edilməsinə dair müqaviləyə imza atıb. Bu haqda BƏƏ agentliyi xəbər verib.

Banker.az xəbər verir ki, Sənəd Fondun baş direktoru olan Məhəmməd Seyf əl-Suveydi və Sudan Mərkəzi Bankının kapital bazarları departamentinin baş meneceri Amin Mirqani Həsən arasında imzalanıb. Agentliyin verdiyi məlumata görə, bu töhfə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən vəd edilən 3 milyard dollar yardımın bir hissəsidir.

Agentlik qeyd edir ki, Əbu-Dabi İnkişaf Fondu 1976-cı ildən Sudanda inkişaf fəaliyyətini həyata keçirir. Fond sənaye, enerji, nəqliyyat və su təchizatı kimi sahələrdə bir sıra layihələri maliyyələşdirmişdir.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətliləri, Sudan xalqına 3 milyard dollar məbləğində yardım ayırmağı vəd ediblər. Onlardan 500 milyon dollar ölkənin valyuta kursuna dəstək vermək məqsədilə Sudan Mərkəzi Bankına yatırılacaq, bu haqda Al-Hadath telekanalı xəbər verir. Eyni zamanda qida, yanacaq təchizatı və əsas ehtiyacların ödənilməsinə 2,5 milyard dollar dəyərində yardımın göstərilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər