1 C
Baku
Saturday, December 14, 2024

Accesbank-ın rəhbərliyinə yeni təyinat olub

Anar Həsənov Bankın İdarə Heyətinin sədrinin birinci müavini təyin edilib

Anar Həsənov İdarə Heyəti sədrinin 1-ci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub. Bankçılıq sahəsində zəngin təcrübəyə malik olan A.Həsənov bundan öncə sədrin müavini vəzifəsini tuturdu. AccessBank-ın fəaliyyətə başladığı tarixdən etibarən Bankda çalışan A.Həsənov Bankın inkişaf etməsində böyük rola malikdir. O, İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb və, həmçinin, Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib. Bu barədə Banker.az-a Bankdan bildirlir.

Son xəbərlər
Digər xəbərlər