7 C
Baku
Thursday, December 12, 2024

“Access Bank”ın sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Access Bank” ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydə alıb.

Bakı Fond Birjasından bildiriblər ki, emissiyanın məbləği 12 milyon manat, yerləşdiriləcək istiqrazların sayı 12 min ədəd, bir istiqrazın nominal dəyəri min manat, tədavül müddəti 1 il, faiz dərəcəsi 9 faizdir. “Paşa Kapital” MMC anderrayter vəzifəsində çıxış edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər