10 C
Baku
Wednesday, December 11, 2024

“Access Bankirlər Məktəbi” layihəsinə start verilir

AccessBank-ın uğurunun əsasını yüksək ixtisaslı kadrlar təşkil edir. Bu kadrların böyük hissəsi karyeralarına Bankda başlayaraq öz sahələrinin mütəxəssislərinə çevrilib. AccessBank bu sektorda inkişaf edərək uğurlu karyera qurmaq istəyənlər üçün “Access Bankirlər Məktəbi” (“Access Bankers School”) layihəsinə start verir. Layihənin məqsədi yüksək potensiala malik gənclərin peşəkar addımlarını atmaqda dəstək olmaqdır.


12 həftə davam edəcək layihə çərçivəsində namizədlər Bankın baş ofisində və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştəriləri ilə iş, tamçeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə tanış olacaq.


Namizədlərə qarşı tələblər:

 

  • Ən azı bakalavr dərəcəsi
  • Komandada işləmək bacarığı
  • Analitik təfəkkür
  • AccessBank-da karyera qurmaq istəyi
  • Bankın regional filiallarında işləmək istəyi və imkanı
  • Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir
  • İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir.

 

Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:

 

  • Unikal peşəkar inkişaf imkanı
  • İlk təlim günlərindən etibarən əmək müqaviləsinin bağlanması
  • Təlim müddətində zəmanətli əməkhaqqı
  • Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı
  • AccessBank-da karyera yüksəlişi.


“Access Bankirlər Məktəbi”nə müraciət etmək üçün 31 mart 2019-cu il tarixinədək sayta keçid edərək (https://www.accessbank.az/az/our-bank/bankers-school/ ) qeydiyyatdan keçə bilərsiniz. Növbəti 3 həftə ərzində (31 mart – 21 aprel) namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.

Son xəbərlər
Digər xəbərlər