21 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Accessbank” 2020-ci ili mənfəətlə tamamladı – Maliyyə vəziyyəti açıqlandı

Screen Shot 2021 09 02 at 14.34.20

“Accessbank” 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank 2020-ci ili 2 milyon 621 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ili isə 89 704 min manat xalis zərərlə bağlamışdır.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

ƏMƏLİYYAT MƏNFƏƏTİ EDİB, XƏRCLƏRİ AZALIB

2020-ci ildə “Acbcessbank”ın faiz gəlirləri 94 227 min manat (1.7% az), qeyri-faiz gəlirləri 9 543 min manat (2.9 dəfə az), faiz xərcləri 44 509 min manat (7% az), qeyri-faiz xərcləri 57 247 min (8% az) manat olub. Bankın cəmi gəlirləri 103 770 min manat, cəmi xərcləri isə 101 756 min manat olub ki, bu da 2 014 min manat əməliyyat mənfəətinin yaranması deməkdir.

2020-ci il tarixində “Accessbank”  855 854 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə bankın aktivlərinin 5% azalması deməkdir. Bunun 502 582 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli ötən il 18% azalıb.

DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ PORTFELİ ARTIB

31 dekabr 2020-ci il tarixinə “Accessbank”ın istehlak kreditləri 60 544 min manatdan 52 851 min manata, biznes kreditləri 544 024 min manatdan 442 385 min manata düşüb, daşınmaz əmlak kreditləri isə 6 390 min manatdan 7 346 min manata çatıb.

 HÜQUQİ ŞƏXSLƏRİN VƏSAİTLƏRİ ARTIB

2020-ci ildə bankın cəmi öhdəlikləri 760 030 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 5.4% azalmasıdır. Bankın depozit portfeli isə 627 561 min manat təşkil edib ki, bunun 497 063 min (2019-cu ildə 554 351 min manat) manatı fiziki şəxslərin depozitləri, 130 498 min manatı ( 2019-cu ildə 106 609 min manat) isə hüquqi şəxslərin depozitləri olub.

KAPİTALI ARTIB

Ötən il “Accessbank” 95 824 min manat cəmi kapitala malik olub. Bank 2019-cu ilin sonunda 94 341 min manat kapitala malik idi. Belə ki, “Accessbank”ın kapitalı 1.6% artıb.

ak oh1 kap mf

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər