7 C
Baku
Thursday, December 12, 2024

“AccessBank” 2020-ci ilin dördüncü rübünü mənfəətlə başa vurdu

®Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2020-ci il üzrə dördüncü rüb üzrə maliyyə göstəricilərini elan edib. 

Göstəricilər ilə tanış olmaq üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

Dördüncü rübdə bank tərəfindən 87 milyon manat dəyərində kredit verilib. Bankın kredit portfeli isə 502 milyon manat təşkil edib. 

Bundan başqa, üç ay ərzində Bankın müştərilərinin vəsaitləri 21 milyon manat artıb. Bu göstəricidə hüquqi şəxslərin payı 13 milyon manat təşkil edib. 

2020-ci il üçün Bankın xalis mənfəəti isə 2,6 milyon manat olub

Hazırda Bankın məcmu kapitalı 79.2 milyon manat təşkil edir. Bu göstərici isə məcmu kapital normasından (50 milyon manat) 29.203 milyon manat çoxdur. 

Dekabr ayının sonuna Bankın ani likvidlik əmsalı 79.6% təşkil edib, bu isə normadan (30%) təxminən 3 dəfə yüksəkdir. 

2020-ci ilin 4-cü rübünün nəticələrini şərh edən “AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgenia Qaşikulina bildirib: “2020-ci il pandemiya ilə əlaqəli tətbiq olunmuş karantin rejimi fonunda iqtisadi fəaliyyətin endiyi bir il oldu. Buna baxmayaraq, “AccessBank” missiyasına sadiq qalaraq, mikro, kiçik və orta sahibkarlara hərtərəfli dəstək oldu. Bu il dəstək yalnız maliyyə təminatında deyil, həm də pandemiyadan əziyyət çəkən bizneslərin kreditlərinin aktiv şəkildə restrukturizasiya olunmasında idi. Bundan başqa, bir neçə ildən sonra ilk dəfə olaraq, Bankımız ili mənfəətlə başa vurdu. Həmçinin, “AccessBank” nüfuzlu beynəlxalq “The Banker” jurnalı tərəfindən “İlin Bankı” seçildi. Biz, 2021-ci ilə pozitiv baxırıq və bölgələrdə fəal iştirakımız və aqro-sahibkarlara dəstəyimiz sayəsində, biznesin inkişaf perspektivini görürük.”

Son xəbərlər
Digər xəbərlər