15 C
Baku
Friday, November 15, 2024

AccessBank 2024-cü ilin 1-ci yarımilliyi üzrə maliyyə nəticələrini açıqlayıb

®Sizin yerli Avropa bankınız – AccessBank, 2024-cü ilin 1-ci yarısı üzrə maliyyə nəticələrini açıqlayır. Hesabat dövründə müştərilərə etibarlı maliyyə xidmətləri təklif etməklə AccessBank, bazarda mövqeyini möhkəmləndirməyi davam edir. 

Ətraflı məlumat əldə etmək üçün:  AccessBank 2024-cü ilin 1-ci yarımilliyi  üzrə maliyyə nəticələrini açıqlayıb

AccessBank, 2024-cü ilin 1-ci yarısı ərzində əsas maliyyə göstəriciləri üzrə dinamik artım nümayiş etdirib, hesabat dövründə Bankın xalis mənfəəti 27.2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39.5% yüksəkdir 

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

  • Faiz gəlirləri 19.3% artaraq, 107.7 milyon manata çatıb. 
  • Xalis faiz gəlirləri isə 23.9% artaraq 66.7 milyon manata qədər yüksəlib. 
  • Qeyri-faiz gəlirləri 8.6 milyon manat təşkil edir. 
  • Xalis əməliyyat mənfəəti isə 1.4 dəfə artaraq, 27.2 milyon manata çatıb. 

Nəticədə, Bankın məcmu kapitalı 167.4 milyon manata yüksəlib ki, bu da Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş minimum tələbdən 3.3 dəfə çoxdur.

Bütövlükdə, bank maliyyə əlçatanlığının təmin edilməsi strategiyasını davam etdirmiş və ötən ilin analoji dövrü ilə müqayisədə cəmi kredit portfelini 15.1% (141.7 milyon) artıraraq 1,081 milyon manata yüksəltmişdir. 

Portfelin artımı biznes sektoruna, xüsusən də, mikro seqmentə verilmiş kreditlər hesabına formalaşıb. Biznes sektoruna verilmiş kredit portfelinin artımı ötən ilin analoji dövrü ilə müqayisədə 18.4% (130.8 milyon) artaraq 841.6 mln manat təşkil edib. 

Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% artaraq, hesabat dövrünün sonunda 1.5 milyard manata çatır. 

Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.5% artaraq 1029.7 milyon manat təşkil edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

Son xəbərlər
Digər xəbərlər