“AccessBank” 2023-cü ilin 4-cü rübünü 39 milyon 838 min manat mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə bankın mənfəəti 15 milyon 37 min manat olmuşdur ki, bu da illik müqayisədə 2.6 dəfə artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Ötən il “AccessBank”ın gəlirləri 213 milyon 217 min manat (əvvəlki ilə nisbətən 39% çox), xərcləri 156 milyon 524 min manat təşkil edib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu ilin yanvarın 1-nə “AccessBank”ın aktivləri 1 milyard 392 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 19% çoxdur. Bunun 1 milyard 14 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 25% böyüyüb.