-1 C
Baku
Sunday, December 15, 2024

“AccessBank” adını saxlamağı və rebrendinq etməyi düşünmür”

“Access Microfinance Holding AG”nin yeni səhmdar tərkibində olmamasına baxmayaraq “AccessBank” adını saxlamağı və rebrendinq etməyi düşünmür”.

Bunu Banker.az-a  “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

“Yeni səhmdarlar arasında “Access Microfinance Holding AG”nin adı yoxdur. Bu şirkət öz payını törəmə şirkəti olan “LFS Advisory GmbH”a satıb. Bu şirkətin “AccessBank”da payı 1.27%-dir. Bu da həlledici nisbət deyil.  “Access Microfinance Holding AG”in “AccessBank”dakı payını satmasından asılı olmayaraq Bank adını saxlamağı və rebrendinq etməyi düşünmür”.

Xəbər verdiyimiz kimi, “AccessBank”ın 6 səhmdarından 4-ü paylarını satıb. Eyni zamanda, “AccessBank”ın nizamanamə kapitalının 118,5 milyon manat artırılması hesabına yeni səhmdarlar cəlb edilib. 118.5 milyon manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 milyon manata çatıb.

©Marja

Son xəbərlər
Digər xəbərlər