16 C
Baku
Friday, April 12, 2024

AccessBank AKİA-ın dəstəyi ilə 448 fermerə dəstək oldu

®AccessBank aqro sahədə fəaliyyət göstərən sahibkarlara dəstək olmaqda davam edir. Bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, 2022-ci ildə 448 sahibkar kənd təsərrüfatı üzrə müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə güzəştli kreditlərdən faydalanıb. 

AccessBank bu çərçivədə 2022-ci ildə dövlət xətti ilə fermerlərə 5 378 500 AZN həcmində kredit verib. Bu kreditləşmə üzrə maksimal məbləğ 19 000 AZN təşkil edib. Bərdə, Gəncə, Lənkəran sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər. Sahibkarlar ən çox heyvandarlıq, arıçılıq, əkinçilik, bağçılıq sahələri, həmçinin aqrotexniki xidmətlərin inkişafı üçün müraciət ediblər.   

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün kreditlərin verilməsinə başlanılıb. Fermerlərə əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə 15.000 AZN civarında mikrokredit, kənd təsərrüfatı istehsal vasitələrinin əldə edilməsi üçün isə  200 000 AZN civarında kredit təklif olunur.

Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:  

https://www.accessbank.az/az/business/loans/alda-loans/

Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin AccessBank-ın 151 Əlaqə mərkəzinə zəng edə və ya bankın filiallarına  yaxınlaşa bilərlər.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

 

Son xəbərlər
Digər xəbərlər