1 C
Baku
Saturday, December 14, 2024

“AccessBank” aktivlərini böyüdüb

Azərbaycanda 100% Avropa kapitallı bank “AccessBank” QSC 2020-ci ilin III rübünü mühüm artımlarla tamamlayıb.

Banker.az bu barədə bankın 30 sentyabr 2020-ci il tarixinə açıqladığı maliyyə hesabatına istinad edir.

“AccessBank”ın aktivlərinin 1 oktyabr 2020-ci il tarixinə həcmi  902.11 mln. manat təşkil edib. Bu isə cari ilin əvvəli ilə müqayisədə 9 ayın sonunda  4.23 mln. və ya 0.5% artım deməkdir.

Aktivlərindəki bu artıma səbəb isə Bankın cari ilin 9 ayı ərzində banklar və digər maliyyə institutlarına yatırdığı  depozitlərin 60.22 mln. manatdan 117.17 mln. manata çatdırmasıdır ki, bu hesabat dövründə 56.95 mln. manatlıq (94.6%) artım deməkdir.

Avropa kapitallı bankın son üç rüb ərzində müştərilərinə verdiyi kreditlərin həcmini 77.22 mln. manat (12.6%) azaltmaqla 533.73 mln. manata endirib. Bankın əmlakının həcmi 59.95 mln. manat, qeyri-maddi aktivlərinin həcmi isə 13.97 mln. manatdır.

İlin əvvəli ilə müqayisədə bankın öhdəlikləri 0.3% artmaqla  805.77 mln. manata yüksəlib. Lakin, bu artıma səbəb kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri ilin əvvəli ilə müqayisədə 56.51 mln. manat (58.9%) artırmaqla 152.51 manata çatdırmasıdır. Belə ki, bankın depozitlərinin həcmi son 3 rüb ərzində 54.62 mln. manat və ya 8.3% kiçilməklə 606.34 mln. manata düşüb. Depozitlərdəki azalmanın səbəbi isə fiziki şəxslərin vəsaitlərinin həcmi 65.56 mln. azalmaqla 488.79 mln. manata düşməsdir. Hüquqi şəxslərin depozitləri isə ilin ilk 9 ayı ərzində 10.94 mln. (10.3%) artıb, 117.55 mln. manata çatıb.

“AccessBank” cari ilk 9 ayını xalis mənfəətlə bitirməsi hesabına kapitalının həcmi 96.35 mln. manata çatdırıb, bu da, 1.5% artımdır. Qeyd edək ki, kapitalın  258.72 mln. manatı səhm kapitalıdır, lakin, bankın balansında 168.82 mln. manatlıq illərin yığılmış zərəri var.

37849

Son xəbərlər
Digər xəbərlər