15.4 C
Baku
Friday, May 16, 2025

AccessBank Azərbaycanda MKOS-ların dəstəklənməsi məqsədilə AYİB-dən 10 milyon ABŞ dolları həcmində əlavə maliyyələşdirmə aldı

®Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində aparıcı maliyyə institutlarından biri olan AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə mövcud kredit xəttini uğurla genişləndirərək, əlavə 10 milyon ABŞ dolları məbləğində ikinci tranşı əldə etdiyini elan edib.

Bu vəsait ölkə üzrə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi və inkişafına yönəldiləcək. Yeni maliyyələşdirmə AccessBank-ın Azərbaycanda davamlı iqtisadi inkişafın vacib qüvvələrindən biri kimi rolunu daha da gücləndirəcək və yerli sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək.

“Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi AccessBank-ın strateji prioritetlərindən biridir. AYİB-dən əldə olunan bu yeni maliyyələşdirmə bizə, xüsusilə də MKOS kreditlərinə artan tələbat fonunda, müştərilərimizin kapitala çıxış imkanlarını daha da genişləndirməyə imkan verir. AYİB ilə uzunmüddətli tərəfdaşlığımızdan qürur duyuruq. Əməkdaşlığımız ortaq dəyərlər və davamlı iqtisadi inkişafa sadiqlik üzərində qurulub,” – deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.

AYİB-in maliyyə dəstəyi, həmçinin, inklüziv iqtisadi artımın təşviqinə və Azərbaycanda özəl sektorun rolunun gücləndirilməsinə xidmət edir. Bu tərəfdaşlıq hər iki qurumun – sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və regionda maliyyə dayanıqlığının artırılması istiqamətindəki ortaq səylərini əks etdirir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

 Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Son xəbərlər
Digər xəbərlər