9 C
Baku
Sunday, November 17, 2024

AccessBank Azərikard prosessinq mərkəzinə keçir: ödəniş kartları fevralın 22-də işləməyəcək

®Azərbaycanın bank sektorunun aparıcı iştirakçılarından biri olan AccessBank, Azərikard prosessinq mərkəzinə keçir. Əsas məqsəd – rəqəmsal bankçılıq və kart xidmətlərinin təkmilləşdirilməsidir. 

Prosessinq mərkəzinə miqrasiya 22 fevral 2024-cü il saat 10:00-da başlayacaq və 22:00-da tamamlanacaq.

Qeyd olunan müddət ərzində texniki işlərlə əlaqədar AccessBank-ın ödəniş kartları, eləcə də, bankomat və POS-terminalları müvəqqəti olaraq işləməyəcək. MilliÖn, eManat ödəniş terminalları, o cümlədən www.hesab.az  platforması vasitəsilə əməliyyatlar, həmçinin www.accessbank.az  saytında kredit ödənişləri müvəqqəti olaraq dayandırılacaq.

Məhdudiyyətlər sahibkarların əmək haqqı, korporativ və biznes kartlarını da əhatə edəcək. Bank filialları adi qaydada fəaliyyətini davam etdirəcək, lakin ödəniş kartlarından istifadə ilə bağlı xidmətlər göstərilməyəcək. 

AccessBank müştərilərinə miqrasiya dövrü ərzində nəzərdə tutulan təcili ödənişləri, o cümlədən, kredit və digər ödənişləri daha erkən tarixdə həyata keçirmək və ya cash-in terminallarından və bank filiallarının xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Azərikard prosessinq mərkəzinə miqrasiya bank əməliyyatlarının səmərəliliyinin artırılması, müştəri məlumatlarının etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi, əməliyyatların sürətləndirilməsi, iş proseslərinin optimallaşdırılması, risklərin idarə edilməsi və xidmətin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. 

Azərikard-a miqrasiya prosesi haqqında əlavə məlumatı aşağıdakı linkdən əldə etmək olar: AccessBank Azərikard prosessinq mərkəzinə keçir: ödəniş kartları fevralın 22-də işləməyəcək

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Son xəbərlər
Digər xəbərlər