“Accessbank” QSC-nin ötən illər ərzində nizamnamə kapitalının artırılması Bankın səhmdarlarının ona olan böyük etimadının göstəricisidir”.
Bunu “Accessbank”ın İdarə Heyətinin sədr 1-ci müavini Anar Həsənov bildirib.
“Bu il də növbəti kapital artımı ilə bağlı bankda işlər gedir. Kapitalın artımı sual altında deyil”, – deyə o, qeyd edib.
Bundan başqa, A.Həsənovun sözlərinə görə, “Accessbank” uzunmüddətli strategiyasını qururb: “Hazırda 4 illik biznes planımız aktualdır. Həmin planın razılaşdırılmasının son mərhələsindəyik. Hər bir biznesdə olduğu kimi burda da gəlirlilik olmalıdır. Bütün sektor olaraq iki il ərzində dəyişikliklərdən keçdik”.