10 C
Baku
Saturday, November 23, 2024

“AccessBank” böyüyüb – Aktivləri 1 milyard manatı ötdü

“AccessBank” bu ilin 2-ci rübünü 1 milyon 840 min manat mənfəətlə başa vurub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-iyun aylarında “AccessBank”ın gəlirləri 68 milyon 672 min manat (əvvəlki ilə nisbətən 37% çox), xərcləri 61 milyon 717 min manat təşkil edib.

AKTİVLƏRİ 1 MİLYARD MANATI KEÇDİ, KREDİT PORTFELİ BÖYÜYÜB

Bu ilin iyulun 1-nə “AccessBank”ın aktivləri 1 milyard 4 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 8% çoxdur. Bunun 712 milyon 491 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda bankın kredit portfeli 13% böyüyüb.

DEPOZİT PORTFELİ ARTIB

“AccessBank”ın öhdəlikləri 8.2% artaraq 911 milyon 747 min manata, depozit portfeli 13% artaraq 779 milyon 561 min manat, kapitalı 13% artaraq 91 milyon 749 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər