22 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

AccessBank-da‌ ‌yay‌ ‌təcrübə‌ ‌proqramı‌ ‌davam‌ ‌edir‌ ‌

Screen Shot 2021 09 02 at 14.34.20

®AccessBank-ın 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulmuş yay təcrübə proqramı davam edir. ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetində təhsil alan 17 istedadlı tələbə proqrama qoşulub. Onlar 3 mərhələli seçim turundan keçərək AccessBank-da təcrübə keçmək şansı qazanıblar. Tələbələr Bankın Bakı və Abşeron filiallarında, həmçinin Maliyyə, Administrasiya, Pərakəndə bankçılıq, Risklərin idarə edilməsi və Marketinq departamentlərində təcrübə keçirlər.  

Ziba Hacıyeva, AccessBank-ın Maliyyə departamentində təcrübəçi: “İqtisad Universitetinin tələbəsiyəm. Təcrübə proqramı haqqında xəbəri Bankın Facebook səhifəsində görən kimi müraciət etdim. Seçim turları çox fərqliydi. Heç vaxt belə maraqlı müsahibədə iştirak etməmişdim – əvvəl qrup şəklində, daha sonra fərdi görüşlər oldu. Hazırda Bankda ən çox bəyəndiyim onun mühitidir. Hər gün yeni nəsə öyrənirəm. Əsas odur heç  bir sualım cavabsız qalmır.”

Vaqif Əkbərli, AccessBank-ın Mühasibat departamentində təcrübəçi: ”Təcrübə haqqında məlumatı Bankın saytında gördüm. İki aydır mühasibatda təcrübə keçirəm. Gələndə işlə bağlı ilkin məlumatlarım vardısa, indi artıq əksər hesabatları hazırlaya və sistem əməliyyatlarını yerinə yetirə bilirəm. Bütün komanda suallarımı həvəslə cavablandırır.” 

Bu, AccessBank-ın reallaşdırdığı ilk yay təcrübə proqramıdır və Bank, gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirlər həyat keçirməyi planlaşdırır.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  

1 15
3 13
4 8
5 7
Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər