®Azərbaycanın maliyyə bazarının aktiv iştirakçısı, Sizin yerli Avropa bankınız – AccessBank, yazın gəlişi münasibəti ilə “Gəlirli bahar gəlir” depozit kampaniyasına start verib.
AccessBank müştərilərə vəsaitlərinin uzunmüddətli saxlanılması, qorunması, artırılması, eləcə də sərfəli maliyyə həllərinin təqdim edilməsi məqsədi ilə, yerli və xarici valyutada əmanətlər üzrə sərfəli yaz kampaniyasını təqdim edir.
“Gəlirli bahar gəlir” əmanət kampaniyası 07.03.2024-cü il tarixindən 01.05.2024-cü il tarixinədək qüvvədədir.
Kampaniya çərçivəsində 6-12 ay müddətinə yerli valyutalı əmanətlər üzrə illik faiz gəliri 11%, xarici valyuta üzrə əmanətlər üzrə isə 4% təşkil edir. Faiz gəlirləri əmanətin müddətindən asılı olaraq dəyişir.
AccessBank-da depozit yerləşdirməyin üstünlükləri:
- Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
- Sərfəli depozit faizi əldə edirsiniz.
- Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Müddətli əmanət haqqında ətraflı məlumat:
https://bit.ly/accessbank-banker-timed-deposit
AccessBank mütəxəssisləri ilə əlaqə üçün 151 Əlaqə Mərkəzi ilə əlaqə saxlayın
AccessBank ilə baharınızı daha da gəlirli etmək şansını qaçırmayın!
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) Maliyyə Xidmətləri İşçi Qrupunun sədri təyin olunub.
İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın idarə olunması üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində Bank və Maliyyə üzrə magistr dərəcələrinə yiyələnib, CİMA (Chartered Institute of Management Accountants) sertifikatlarına malikdir.
İlkin Quliyev bankçılıqda 12 ildən çox iş təcrübəsinə malikdir, AccessBank-dan öncə 3 müxtəlif bankda fəaliyyət göstərib və maliyyə sektorunda böyük təcrübəyə malikdir. O, güclü analitik bacarıqlara və mürəkkəb maliyyə ssenarilərində strateji qərarlar qəbul etmək qabiliyyətinə malikdir. İnnovativ maliyyə strategiyalarının uğurla həyata keçirilməsi və şirkətlərin maliyyə məqsədlərinə nail olması – onun iş prinsipinin əsas prioritetidir.
Maliyyə Xidmətləri İşçi Qrupu AHK Azərbaycanın AccessBank ilə əməkdaşlıq çərçivəsində 10 dekabr 2019-cu il tarixində yaradılıb. İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında mövcud problemlərin araşdırılması daxil olmaqla, strateji və operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və nəzarət sahəsinin əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.
İlkin Quliyevin AHK Maliyyə Xidmətləri İşçi Qrupunun üzvlərinə təqdim edilib.